Daşkəsən sakinindən silah müsadirə edildi



 

Daşkəsən rayonunda qanunsuz saxlanılan silah aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Təzəkənd kəndində yaşayan Qəşəm Orucovun evindən qanunsuz olaraq saxladığı 1 ədəd “TOZ-8” markalı tüfəng, həmin silaha aid 22 ədəd patron və 1 ədəd kustar üsulla hazırlanmış odlu silah aşkar edilərək götürülüb.

Faktla bağlı Daşkəsən RPŞ-nin istintaq qrupunda araşdırma aparılır.