Gəncədə ana və azyaşlı övladı yol qəzasında xəsarət alıb



 

Gəncə şəhərində yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Fikrət Əmirov parkının yaxınlığında qeydə alınıb.

Belə ki, “Mercedes” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə Oğuz rayon sakini, 1980-ci il təvəllüdlü Elnarə Rəsulova və onun azyaşlı övladı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Uşağın vəziyyəti normal, qadının vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.