Ötən sutka ərzində 41 yanğın baş verib



 

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi qəza-xilasetmə əməliyyatlarının statistikasını yayıb.

Verilən məlumata görə, qurumun “112” qaynar xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti bölmələri tərəfindən ötən sutka ərzində 41 yanğına çıxış, bir nəqliyyat qəzası və bir halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 2 nəfər xilas edilib.