Yüksək Texnologiyalar Parkına baş direktor təyin edildi



 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) baş direktoru vəzifəsinə təyinat olub.

AMEA-dan verilən məlumata görə, YT Parkın baş direktoru vəzifəsinə texnika elmləri doktoru, professor Əbülfəz Babayev təyin edilib.

AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev baş direktoru kollektivə təqdim edib.