Avropa ölkələri etiraza qalxdı - VİDEO



 

Yunanıstanda əhali yeni təhsil qanununa qarşı etiraza qalxıb.

“Rossiya 24” xəbər verir ki, Afinada parlament binasının qarşısına yüzlərlə insan toplanıb.

Qeyd edilir ki, etiraz aksiyaları polislə toqquşma ilə nəticələnib. İzdiham gözyaşardıcı qazla dağıdılıb.

Selanikdə etirazlarda yeni təhsil qanununa qarşı çıxan onlara adam nəzarətə alınıb. Əgər qanun qəbul edilsə, Yunanıstan universitetlərinin öz polisi olacaq.

Fransada ümummilli tətil keçirilir. Ölkədə minlərlə insan pandemiya fonunda səlahiyyətlilərin siyasətinə etiraz edir.

Almaniyanın paytaxtı Berlində antifaşist hərəkatları kovid-dissidentlərə qarşı yürüş keçiriblər.