Rusiyada bazarda atışma olub



 

Rusiyanın Krasnoyarsk vilayətində yerləşən “Luç” bazarında qarşıdurma atışma ilə nəticələnib.

“RİA Novosti” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, əraziyə patrul xidməti və Milli Qvardiya əməkdaşları cəlb olunub.

Münaqişə iştirakçılarından biri ov silahından havaya atəş açıb. Hadisə zamanı yaralanan olmayıb. Qarşıdurma iştirakçılarının hamısı saxlanılıb.

Faktla bağlı “xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb.

Münaqişənin təsərrüfat fəaliyyəti ilə bağlı baş verdiyi ehtimal olunur.