Rusiyada 16-cı mərtəbədən yıxılan uşaq sağ qalıb



 

Rusiyanın Ryazan vilayətində hündürmərtəbəli binadan yıxılan uşaq sağ qalıb.

TASS bu barədə ərazinin hüquq-mühafizə orqanlarına istinadən məlumat yayır.

Bildirilir ki, 12 yaşlı qız yaşayış evinin 16-cı mərtəbəsinin pəncərəsindən yıxılıb.

O, sağ qalsa da, çoxsaylı travmalar alıb.

Xəstəxanaya yerləşdirilən uşaq əməliyyat olunub.