Polaşada ən çox tələb olunan peşələr açıqlanıb



 

Polşanın Elm və Təhsil Nazirliyi ölkədə ən çox tələb olunan peşələri açıqlayıb.

“Rakurs” portalının məlumatına görə, hazırda Varşavanın əmək bazarında avtomatika və dam örtükləri üzrə mütəxəssislərə daha çox tələbat var.

“Polşa radiosu”na müsahibə verən elm və təhsil naziri Majena Maxalek bildirib ki, növbəti illər ərzində dəmiryolları montajçısı, robototexnik ixtisasları daha populyar olacaq. Bununla yanaşı, Polşada bir sıra digər peşə sahiblərinin xidmətlərinə də ehtiyac var.

Nazirin sözlərinə görə, günümüzdə çilingərlər, yol tikintisi üzrə texnik, eləcə də proqramçı-texniklər özlərinə rahatlıqla iş tapa bilərlər.