Lənkəranda avtomobil velosipedçini vurub



 

Lənkəranda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Tükəkəran kəndində baş verib.

Belə ki, yolda velosipedlə hərəkətdə olan kənd sakini, 1979-cu il təvəllüdlü Seymur Yədulla oğlu Tahirovu avtomobil vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və tibbi yardım göstərilərək Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.