Qəbul imtahanlarında bəzi mövzular ixtisar olunub - RƏSMİ



 

Qəbul imtahanlarında proqramlar sadələşdirilib. Bəzi mövzular ixtisar olunub.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, bu, imtahanda güzəşt demək deyil:

“Bu, sadəcə olaraq abituriyentlərə dəstək vermək məqsədilə atılan addımdır. Abituriyentlərin bilik səviyyəsinin qiymətləndirilməsi ədalətli şəkildə aparılacaq”.