Koronavirusa yoluxma hallarının artması bugünkü qərarın ləğvinə səbəb ola bilər?



 

“Yoluxmalarla bağlı hazırkı vəziyyətin pisləşməsi ayın 15-nə təsir etməyəcək”.

Oxu.Az-ın məlumatına görə, bu barədə bu gün keçirilən brifinqdə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu məlumat verib.

Onun sözlərinə görə, bugünkü yoluxma səviyyəsinin dəyişməsi məktəblərin açılması ilə bağlı verilən qərarı təxirə salmayacaq:

“Bugünkü vəziyyətin pisləşməsi fevralın 15-nə yox, təxminən ayın 24-nə təsir edə bilər. Çünki, hazırda yoluxma sayı kifayət qədər stabildir”.

Könül Cəfərli