Daha iki əməliyyat növü icbari sığortanın xidmətlər zərfinə daxil edilib - AÇIQLAMA



 

“İcbari tibbi sığorta zərfinə əhalinin daha çox ehtiyac duyduğu xəstəliklərin artırılması gözlənilir”. 

Oxu.Az-ın məlumatına görə, bu barədə bu gün keçirilən brifinqdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament rəhbəri Vüqar Qurbanov deyib.

V.Qurbanov bildirib ki, xidmətlər zərfinə yeniləri əlavə ediləcək:

“Xidmətlər zərfinə kardioloji və neyroloji xidmətlər əlavə edilib. Buna açıq və qapalı ürək əməliyyatları, invaziv radiologiya xidmətləri də daxildir. 2020-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2500-ə yaxın tibbi xidmət təqdim edilib. Bu sayın 3000-ə qədər artırılması nəzərdə tutulur”.

Departament rəsmisi qeyd edib ki, vətəndaşlar agentliyin təqdim etdiyi xidmətlər üzrə heç bir ödəniş etməyəcək, bunun üçün onların icbari tibbi sığorta haqqı ödəməsi kifayətdir.

Könül Cəfərli