Vilayət Eyvazov Masallıya yeni polis rəisi təyin etdi



 

Masallı rayonuna yeni polis rəisi təyin edilib.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə, Neftçala rayon polis şöbəsinin rəisi polkovnik Vüsal Şəbəndəyev Masallı rayon Polis Şöbəsinə rəis təyin edilib.