Bakıda “Toyota” “KamAZ”la toqquşdu: Ölən var



 

Bakı şəhərinin Xəzər rayonunda “Toyota” markalı minik maşını və “KamAZ” markalı yük avtomobili toqquşub. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan şəxsiyyəti məlum olmayan bir nəfərin meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.