Kuman: “Messinin “Barselona”da qalacağından əmin deyiləm”



 

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ronald Kuman Messinin sonrakı idman taleyi ilə bağlı fikirlərini bildirib.

“The Athletic”in yaydığı məlumata görə, hollandiyalı çalışdırıcı komandanın kapitanını başqa klubun geyimində təsəvvür edə bilmir.

“Messi “Barslonada” qalacaqmı? Əmin deyiləm. Əlbəttə, buna ümid edirəm. O, əla oyunçudur. Bizim üçün, komanda üçün matçları qazanır. Onu çalışdırmaq mənim xoşuma gəlir. Hər gün məşqlərdə onun keyfiyyətlərini görmək inanılmazdır. Messi “Barsa”ya uşaq ikən gəlib və mən onu başqa klubun geyimində təsəvvür etmirəm”, - deyə Kuman qeyd edib.

Xatlırladaq ki, argentinalı ulduzun klub ilə müqaviləsi bu ilin iyun ayında başa çatır.