Cəlilabadda minik avtomobili yük maşınına çırpıldı



 

Cəlilabad rayonunda yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Maşlıq kəndində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili “QAZ-53” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

İlkin məlumata görə, qəza minik avtomobilinin sürücüsünün səhvi nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.