Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü - FOTO



 

Azərbaycanda son sutkada koronavirusa 162 yeni yoluxma faktı qeydə alınıb, 361 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 230 617 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 224 168 nəfər müalicə olunaraq sağalıb, 3 145 nəfər vəfat edib, aktiv xəstə sayı 3 304 nəfərdir.

Ölkədə son sutka ərzində 7 198, hazırkı dövrədək isə 2 426 945  test aparılıb.