“Mançester Yunayted” rəqibini darmadağın edib, doqquz qolluq rekordunu yenilədi - FOTO



 

İngiltərə Premyer Liqasının 22-ci turunda “Mançester Yunayted” “Sautqempton”u darmadağın edib.

“Old Trafford”da keçirilən matçda ev sahibləri qonaqları meydana çıxmağa peşman edib.

Belə ki, “Qırmızı şeytanlar” qonaq komandaya doqquz cavabsız qol vurub - 9:0.

Qeyd edək ki, bu, klubun Premyer Liqa tarixindəki ən böyük hesablı qələbə rekordunun təkrarlanması deməkdir. “Mançester Yunayted” 1995-ci ildə “İpsviç Taun” klubunu da 9:0 hesabı ilə məğlub edib.