“Kral Klubu”nun qocaman prezidenti koronavirusa yoluxub



 

Madridin “Real” klubunun 73 yaşlı prezidenti Florentino Peres COVID-19-a yoluxub.

Bu barədə xəbər “Kral Klubu”nun rəsmi saytında dərc edilib.

Məlumatda qeyd olunur ki, F.Peresin koronavirus testi pozitiv çıxıb. O, artıq karantinə alınıb və müalicəyə start verilib.