Mbappe Neymar barədə: “Böyük oyunçular birlikdə oynamaq üçün yaranıb”



 

PSJ-nin hücumçusu Kilian Mbappe komanda yoldaşı Neymar barədə fikirlərini açıqlayıb.

Bu barədə AS nəşri yazıb.

“Neymar hər şeyi bacarır. O dünyada ən yaxşı oyunçudur. O, Parisə gələndə biz nəyə qadir olduğunu anladıq. Neymar hər şeyi anlayır. Onun dərhal hər şeyin fərqinə varmasına səbəb olan instinkti var. Mən həmişə hesab etmişəm ki, böyük oyunçular birlikdə oynamaq üçün yaranıb. Bu bizimlə bağlı da doğrudur. Mən PSJ-yə gələndən bizim statuslarımız müəyyən olunub: Neymar layihənin ürəyidir, mən isə ona kömək üçün buradayam. Buna səbəb odur ki, mən PSJ-yə gələndə yüksəlişdə olan ulduz idim və bunu meydanda sübuta yetirməliydim”, - deyə, K.Mbappe bildirib.