General italiyalı dünya çempionunu mükafatlandırdı - FOTO



 

Karate üzrə dünya və üçqat Avropa çempionu Sara Kardin İtaliya Silahlı Qüvvələri tərəfindən mükafatlandırılıb.

Oxu.Az xəbər verir ki, 34 yaşlı idmançı İtaliya ordusunun dəyərlərinin media və ictimaiyyət arasında tanıdılmasına görə mükafata layiq görülüb.

İtaliya ordusunda kapral (çavuş – S.M.) kimi də qulluq edən Sara Kardinə mükafatı İtaliya Diviziya generalı Paolo Raudino təqdim edib.

Qeyd edək ki, Sara Kardin 55 kq çəki dərəcəsində dünya reytinqində səkkizinci sırada qərarlaşıb.

Səbuhi Musayev