Kəbirə Məmmədovadan 220 min dollar pulunu ala bilməyənlər Prezidentdən və DİN rəhbərindən kömək istəyir



 

Məhəmməd Peyğəmbər (ə.c.) zamanında üç təhlükənin adını çəkib: Od, su, qadın! - Peyğəmbərimizin nəzərdə tutub dediyi qadın yüzlərlə ailəni, insanları aldadan, ocaqları, çıraqları söndürən Kəbirə Məmmədovadır.

 

Nəsib və Suğra Daşdəmirovlar: "Biz onu tanıyırıq, Siz də tanıyın və tanımayanlara tanıdın"

 

221.000 Amerika dollarını Kəbirə Məmmədovadan ala bilməyən el ağsaqqalı Nəsib Daşdəmirov və el ağbirçəyi Suğra Daşdəmirova (ər-arvad) 3-cü dəfə ölkə başçısına və Daxili İşlər Naziri Vilayət Eyvazova şikayət məktubu ünvanlayıblar Şikayət məktubun bir nüsxəsidə Seherxeber.org saytının redaksiyasına göndərilib.

Zərər çəkən Nəsib və Suğra Daşdəmirovların şikayətində deyilir: 

Hörmətli, Cənab Prezident,

Hörmətli, Cənab Nazir!

Çarəsiz, rəzil vəziyyətə düşmüş bir nurani ağsaqqal əllərini uca göylərə tutub Ulu Yaradandan imdad istəyir:

Hər kimsənin var kimsəsi,
Mən kimsənin yox kimsəsi.
Ey kimsəsizlər kimsəsi
Mən kimsənin ol kimsəsi!

El ağsaqqalı, el ağbirçəyi olaraq biz də Sizdən imdad diləyirik:

Sizdən savayı heç kimimiz, ümidimiz, pənahımız yoxdur.

Məlumat üçün bildirməyi zəruri hesab edirik ki, bununla üçüncü dəfədir dəyərli vaxtınızı alıb Sizə müraciət ünvanlayarıq, lakin müraciətlərimizə məhəl qoyulmur. Allah xatirinə, qanunlarımızın aliliyi naminə kömək edin, cənab Prezident, səsimizə səs, harayımıza haray verən yoxdur.

Göründüyü kimi vətəndaşların ərizə, şikayət və təkliflərinə baxılması iflic vəziyyətindədir. Orqanlara göndərdiyimiz müraciətlər ya baxılmır, ya da zibil qutularına atılır.

Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinə zəhmli, nüfuzlu orqan hesab edib Kəbirə Məmmədovanın bizə vurduğu 221.000 (iki yüz iyirmi bir min) Amerika dollar maddi ziyanın ödənilməsi məqsədilə üç

müraciət göndərmişik, lakin idarə şikayətlərimizi Qaradağ Polis İdarəsinə göndərmişdir. Qaradağ polis şöbəsi Kəbirə Məmmədovanın sıx ünsiyyət saxladığı və həmin rayonda çalışdığı rayondur, o, hər ay şöbəyə nümayəndəsini göndərir.

Görünən budur ki, Hüquq Mühafizə Orqanları hamısı bir biri ilə əlbir dilbirdir. Bir çox hallarda dələduzlar, cinayətkarlar xalqın dərisini soyanlar, malını, pulunu mənimsəyənlər müdafiə olunur, cinayətdən yayınırlar.

Yüzlərlə namuslu insanları hiylə yolu ilə aldadıb pulunu mənimsəyən Kəbirə Məmmədova o qədər varlanıb ki, onun gözləri artıq ayağının altını görmür. Dəvət olunduğu ali hakimiyyət və hüquq mühafizə orqanlarına ya ümumiyyətlə getmir ya da nümayəndəsini göndərir.

Pulunu almağa gələn yüzlərlə insanları qapısından qovur, ən nalayiq kişi söyüşləri ilə təhqir edir və bildirir ki, bazarım işləmir, hardan alım pulunuzu verim? Halbuki Kəbirə Məmmədovanın Türkiyədə, Dubayda və digər əcnəbi ölkələrdəki hotellərinin, gəlirli sahələrinin sayı-hesabı yoxdur.

Zəhmət çəksin, obyektlərindən bir neçəsini satsın, pulumuzu qaytarsın!

Bir sözlə, qadın deməyə adamın dili gəlməyən Kəbirə Məmmədova mərdi qova-qova namərd edir, narazıların sayını artırır, uğurlarınızı gözü götürmür, Cənab Prezident.

Haqq işimizin zəfər çalması naminə bütün mümkün vasitələrdən istifadə etmək məcburiyyətindəyik. Ölkə başçısı olaraq Sizə eləcə də hüquq mühafizə orqanlarına aramsız müraciətlər ünvanlayırıq və mətbuatda ictimailəşdirərək geniş oxucu kütləsinə çatdırırıq.

Kəbirə Məmmədovanın diktəsi ilə ona yaxın rəfiqələri prezident administrasiyasının adından saytlara zəng edərək hədələrlə yazıları dayandırmağı tələb edirlər.

Hörmətli Cənab Prezident,

İctimai-siyasi sabitliyimizin dayağı, Daxili İşlər naziri cənab Vilayət Eyvazov Sizin uğurlu kadr siyasətinizin ən parlaq təzahürüdür.

Zəhmətkeş ailəsində böyüyüb boya-başa çatmış nazir həmişə halal çörək yemiş bu səbəbdən də o istər gündəlik fəaliyyətində, istərsə də keçirdiyi əməliyyatlarında Sizə sədaqət nümunələri göstərir.

Tam əminliklə demək istəyirik ki, Cənab Prezident, Sizin tapşırığınızla və cənab nazirin yaxından köməkliyi ilə Kəbirə Məmmədova aldadıb bizdən aldığı 221.000 Amerika dollarını qaytaracaqdır.

Hörmətli, Cənab Prezident,

Hörmətli, Cənab Nazir!

Biz el ağsaqqalı, el ağbirçəyi olaraq ömrümüzün qürub çağlarını yaşayırıq və Sizləri inandırmaq istəyirik ki, ömrümüzün sonuna qədər bu qayğı və diqqəti unutmayacaq həmişə adınızı uca, xatirinizi əziz tutacağıq.

Qoy Allah Taala Sizləri hifz etsin, ictimai-siyasi sabitliyimizin və əmin-arxayın yaşayışımızı həmişəyaşar etsin! 

Səmimi hörmətlə: Nəsib və Suğra Daşdəmirovlar

P.S. Aldatdığı və təhqirlərə məruz qoyulduqlarını bildirən ər-arvad Nəsib Daşdəmirov və Suğra Daşdəmirovanın şikayəti ilə bağlı tanınmış iş adamı Kəbirə Məmmədova ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəf kimi tanınmış iş adamı Kəbirə Məmmədovanında münasibətin ictimailəşdirməyə hazırıq.