Milli Məclisdə bu icra başçıları tənqid edildi
Bəzi icra hakimiyyəti baçşıları, maliyyə sektoruna cavabdeh şəxslər sahibkarları incidir.
Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev "Sahibkarlıq fəaliyyəti haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, icra başçıları sahibkarlardan aldıqları məhsulun pulu qaytarmır.
“Bayram öncəsi həmin şəxlər kiçik və orta sahibkarlardan 100 min dəyərində materiallar götürür, lakin o pulu geri qaytarmırlar. Bəzi vəzifəli şəxslər məhkəmə qərarlarını icra etmir. Hətta bəzilərinin vəzifələri böyüdülür, lakin onlar əməllərindən əl çəkmir”.