ABŞ-da təyyarə qəzaya düşdü, 4 nəfər öldü
ABŞ-ın Florida ştatında ikimotorlu təyyarə qəzaya düşüb.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub.
Hadisə yerində mütəxəssislər işləyir.
Qəzanın baş vermə səbəbi hələ ki, bilinmir.
Əlverişsiz hava şəraitinin səbəb olduğu ehtimal olunur.