Hindistanda avtobus çaya aşıb, 27 nəfər ölüb



 

Hindistanın şimalında  avtobus körpüdən çaya aşıb, nəticədə 27 nəfər ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 15 nəfərin isə ciddi xəsarət aldığı bildirilir. 

Avtobusda ümumilikdə 50 sərnişin olub.