Braziliya Venesuelanın bütün diplomatlarını arzuolunmaz şəxs elan etdi



 

Braziliya Xarici İşləri Nazirliyi Venesuelanın dövlət başçısı Nikolas Maduro hakimiyyətini təmsil edən bütün diplomatlarını arzuolunmaz şəxs elan edib.

Bu barədə TASS yazıb.

Braziliya XİN-in qərarı Venesuelanın diplomatik, konsul və inzibati nümayəndəliklərinə göndərilib.

Xatırladaq ki, Braziliya 2020-ci ilin martında bütün diplomatlarını Venesueladan geri çağırıb.