Rusiyalı teleaparıcı avtomatı ilə Lukaşenkonu parodiya etdi - VİDEO



 

Rusiyalı televiziya aparıcısı İvan Urqant avqust ayının sonunda güllə keçirməyən jiletdə, avtomatda və silahlı 15 yaşlı oğlunun müşayiəti ilə etiraz nümayişləri arasına çıxan Belarus prezidenti Aleksandr Lukaşenkonu parodiya edib.

Parodiya videosu “Veçernıy Urqant” şousunun “Twitter” hesabında yayımlandı.

“Yeni mövsümə güclü şəkildə giriş etdik”, - deyə mesajda ​​deyilir.