Rusiyada kütləvi şəkildə yandırılmış insan qalıqları tapıldı



 

Rusiyanın Pskov vilayətində faşistlərin “Moqlino” həbs düşərgəsi (konslager) kimi fəaliyyət göstərən ərazidən yandırılmış insan skeletləri tapılıb.

“İnterfax” xəbər verir ki, bu ərazidə hərbçilərin qazıntılar aparması nəticəsində skeletlər üzə çıxıb.

Ehtimal edilir ki, onlar düşərgədə əsir olan sovet əsgərlərinin qalıqlarıdır.

Əsirlərin bədəni xüsusi meydançada yandırılıb. İlkin məlumata görə, bunun üçün kimyəvi məhsuldan istifadə edilib.

Kütləvi yandırılmanın baş verdiyi ərazidən sümük qalıqları və kül tapılıb. Onlar ekspertizaya göndərilib.

Yandırılmanın baş verdiyi ərazinin və düşərgədə təxminən nə qədər insanın yandırıldığının müəyyən edilməsi gözlənilir.