“Qalatasaray”dan “Neftçi”yə azərbaycanca cavab - FOTO



 

“Neftçi” Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacağı “Qalatasaray” klubuna “Twitter” vasitəsilə ismarıc göndərib. 

“Ağ-qaralar” “Qalatasaray”ı taq edərək “sizi gözləyirik” yazıb.

Super Liqa təmsilçisi də buna qarşılıq olaraq “Twitter”də Azərbaycan dilində paylaşım edib: “AzərbayCANda görüşərik. Yaxşı oynayan qalib gəlsin”.