Neymar PSJ-də qaldı: “Yenidən Çempionlar Liqasının finalına qayıtmaq istəyirəm”
PSJ-nin braziliyalı hücumçusu Neymar yay transfer pəncərəsində Paris klubundan ayrılmayacağını elan edib.
Bu barədə “Paris Team” məlumat yayıb.
“Mən PSJ-də qalıram. Yenidən Çempionlar Liqasının finalına qayıtmaq və qalib gəlmək istəyirəm. Klubun tarixinə düşmək fikri mənə stimul verir, şəxsi mükafatlara əhəmiyyət vermirəm, ən vacib məqsəd komandamla Çempionlar Liqasını qazanmaqdır”, - deyə Neymar söyləyib.
Hücumçunun 2022-ci ilə qədər Fransa klubunda qalacağı qeyd olunur.