“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi bilindi



 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi müəyyənləşib.

Azərbaycan çempionatının bu mərhələdəki rəqibi Norveçin “Molde” klubu olub.

Qeyd edək ki, “Qarabağ” bu rəqibi ilə 15-16 sentyabrda qarşılaşacaq. “Qarabağ” rəqibini Bakıda qəbul edəcək.

Səbuhi Musayev