Milli üzvü bu turu da boş keçmədi - VİDEO



 

Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşov çıxış etdiyi ABŞ-ın birinci liqasında (USL) növbəti qoluna imza atıb. 

Oxu.Az xəbər verir ki, USL-in növbəti turu çərçivəsində həmyerlimizin formasını geyindiyi “Finiks Rayzinq” klubu “Reno” ilə səfərdə qarşılaşıb.

Oyuna ehtiyat oyunçular skamyasında başlayan Dadaşov 64-cü dəqiqədə meydana çıxıb. O, 77-ci dəqiqədə komandasının cavab qoluna imza atsa da, iki dəqiqə sonra rəqib oyunda son nöqtəni qoyub – 1:2.

Məğlubiyyətə rəğmən, “Finiks Rayzinq” 10 oyundan 20 xalla B qrupunda liderliyini davam etdirir. “Reno” isə 9 oyundan 21 xalla A qrupunda ilk pillədə yer alıb. 

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan yığmasının sentyabrın 5-də evdə Lüksemburq və sentyabrın 8-də səfərdə Kiprlə keçirəcəyi UEFA Millətlər Liqasının oyunlarında iştirak etməyəcək.