Çempionlar Liqasında həftənin rəmzi yığması elan olundu - FOTO



 

UEFA Çempionlar Liqasında bu həftənin rəmzi komandası elan edilib. 

UEFA-nın rəsmi saytının məlumatına görə, heyətdə Almaniyanın “Bavariya” komandasının beş futbolçusu var: Robert Levandovski,  Filip Koutinyo, Tomas Müller, Serj Qnabri, Yozua Kimmix. 

Fransanın “Lion” komandası isə heyətdə üç futbolçu ilə təmsil olunur: Mussa Dembele, Ussem Aya və Antoni Lopeş. 

Komandada həmçinin İspaniyanın “Atletiko” (Madrid) klubundan Joao Feliks, İtaliyanın “Atalanta”sından Robin Qosens və Fransanın PSJ klubundan Markinyos yer alıblar.