İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçildi



 

İngiltərə Premyer Liqasında 2019/2020 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Premyer Liqanın rəsmi saytının yaydığı məlumata görə, bu, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüyne olub.

Məlumat üçün bildirək ki, belçikalı futbolçu  2019/2020 mövsümündə 20 qol ötürməsi və 13 qolla bu ada layiq görülüb.