“Sumqayıt” Qazaxıstan millisində oynamış azərbaycanlı futbolçunu transfer etdi - VİDEO
Ölkəmizi ilk dəfə UEFA Avropa Liqasında təmsil edəcək “Sumqayıt” növbəti transferini gerçəkləşdirib.
Oxu.Az xəbər verir ki, vaxtı ilə Qazaxıstanın 21 yaşadək millisində çıxış etmiş azərbaycanlı Kərəm Sultanovla müqavilə bağlanılıb.
24 yaşlı mərkəz müdafiəçisi yeni komandasında 4 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Kərəm Sultanov doğulduğu Qazaxıstanda “Ordabası” klubunun yetirməsidir. O, “Kızıljar” və “Kaspi” klublarının da formasını geyinib.