Messi “Barselona”nı tərk edə bilər



 

“Barselona”nın keçmiş futbolçusu Luis Suares Miramontes Kataloniya klubunda Messinin gələcəyi ilə bağlı fikirlərini açıqlayıb.

Bu barədə “Cadena SER” nəşri məlumat yayıb.

O bildirib ki, Çempionlar Liqasında “Bavariya”ya 2:8 hesablı məğlubiyyət Messinin komandanı tərk etməsi üçün səbəb ola bilər.

“Burada körpəyə (Messi nəzərdə tutulur – red.) irad tutmaq olmaz, çünki belə vəziyyətdə deməyə söz yoxdur. Mən onun əsəbiləşib, getmək qərarına gələcəyi təhlükəsini görürəm”, - deyə keçmiş futbolçu bildirib.