Pike: “Utanıram”
“Barselona”nın müdafiəçisi Jerar Pike Çempionlar Liqasının 1/4 final mərhələsində “Bayern” lə keçirilən oyunu şərh edib.
Oxu.Az xəbər verir ki, mərkəz müdafiəçisi səkkiz top buraxmaqlarından utandığını söyləyib.
“Utanıram. Birinci dəfə deyil ki, bu halla üzləşirik. Artıq dəyişikliyə ehtiyac var. Bunu məşqçi və ya futbolçu heyəti ilə əlaqələndirmirəm.
Köklü dəyişiklik ediləcəksə, hətta mən özüm də kənara çəkilməyə hazıram”.
Qeyd edək ki, “Barselona” 2019/2020 mövsümündə heç bir titul qazanmayıb.