“Barselona”dan antirekord, “Bavariya” ilki bacardı
Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya” ilə oyunun nəticəsi “Barselona” üçün antirekorda səbəb olub.
Oxu.Az xəbər verir ki, rəqibinə 2:8 hesabı ilə məğlub olan kataloniyalılar ilk dəfə avrokuboklarda qapısında 8 top görüb.
Buna qədər ən ağır məğlubiyyəti 8 sentyabr 1962-ci il tarixində Yarmarkalar Kubokunda “Valensiya” ilə görüşdə alan “Barselona” həmin matçda da 2 qol vurmasına baxmayaraq, 6 dəfə mərkəzə dəvət edilmişdi.
“Bavariya” isə ilk 31 dəqiqə ərzində 4 qol vuraraq pley-offlarda bunu ən erkən vaxtda bacaran komanda olub.
Qeyd edək ki, “Bavariya” yarımfinalda “Mançester Siti” – “Lion” matçının qalibi ilə qarşılaşacaq. Həmin görüş avqustun 15-də keçiriləcək.