“Liverpul”u qolları ilə məyus etmiş hücumçunu Azərbaycandan istəyirlər - VİDEO



 

“Qarabağ”ın transfer etmək istədiyi hücumçunun kimliyi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, Ağdam klubu Serbiyanın “Srvena Zvezda” komandasının futbolçusu Milan Pavkovu heyətinə qatmaq istəyir.

Bolqar əsilli serbiyalı forvardın özü də “Qarabağ”a keçməyə pis yanaşmır. Lakin bunun üçün 26 yaşlı Pavkovu maliyyə məsələsində razı salmaq lazımdır.

Qeyd edək ki, ötən ilin martında Almaniya millisinə qarşı Serbiya forması ilə meydana çıxaraq, yığmada debut etmiş Milan Pavkov 2017-ci ildən “Srvena Zvezda”da oynayır.

O, bu komanda ilə Çempionlar Liqasının qrup mərhələsində “Liverpul”a iki qol vurub. Belqradda keçirilmiş görüşdə serblər məhz onun qolları ilə qalib gəlib.

Forvard son iki mövsüm “Srvena Zvezda” ilə Serbiya çempionu olub. Milan Pavkov son iki mövsümə 24 qol (15 və 9) qol vurub.