Azərbaycan millisinin məşqçilərinin izləyəcəyi oyunlar bilindi
Bu gün Premyer Liqa klublarının keçirəcəyi yoxlama oyunlarını Azərbaycan millisinin məşqçiləri də izləyəcək.
Oxu.Az xəbər verir ki, bu gün keçiriləcək üç yoxlama oyunu üçün artıq məşqçilər heyəti bölünüb.
“ASK Arena”dakı “Keşlə” – “Səbail” görüşünü baş məşqçi Canni De Byazinin özü izləyəcək.
“Kapital Bank Arena”dakı “Sumqayıt” – “Zirə” matçında iki köməkçi – Arif Əsədov və Klaudio Belluççi iş başında olacaq.
“Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” oyununu isə üç məşqçi izləyəcək. Bunlar Benito Karbone, Alessandro Skaya və Dmitri Kramarenkodur.
Qeyd edək ki, Canni De Byazi dünən “Neftçi”nin də məşq prosesini izləyib.