Həbib Nurməhəmmədov gələcək planlarından danışdı



 

UFC döyüşçüsü Həbib Nurməhəmmədov idmandan getdikdən sonra siyasətə qoşulub qoşulmayacağı barədə açıqlama verib.

Bu barədə Gazeta.ru məlumat yayıb.

“Siyasətlə bağlı planım yoxdur. İdmançı kimi tükənməmişəm. İşi məntiqi sonluğa çatdırmaq istəyirəm. Əsas işlər qabaqdadır.

Bütün səylərimi idmana yönəldirəm. Düşünmürəm ki, ətrafdakılara kömək etmək üçün xüsusi kabinet lazımdır”, - deyə H.Nurməhəmmədov bildirib.