“Sumqayıt”ın ilk avrokubok matçını göstərəcək telekanal müəyyənləşdi - FOTO



 

Bu mövsüm Azərbaycanı UEFA Avropa Liqasında ilk dəfə təmsil edəcək “Sumqayıt”ın Şimali Makedoniya “Şkendiya”sı ilə oyununu hansı telekanalın yayımlayacağı dəqiqləşib.

Oxu.Az xəbər verir ki, bu görüş “İdman TV” vasitəsilə göstəriləcək.

Qeyd edək ki, “Sumqayıt” – “Şkendiya” oyunu avqustun 27-si keçiriləcək. Saat 20:00-da başlayacaq görüş Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutacaq.

Səbuhi Musayev