Aleksandr-Arnold İngiltərənin ən yaxşı gənc futbolçusu seçildi



 

İngiltərənin “Liverpul” futbol komandasının müdafiəçisi Trent Aleksandr-Arnold İngiltərə Premyer Liqasında 2019/2020-ci illər mövsümünün ən yaxşı gənc futbolçusu seçilib.

Oxu.Az xəbər verir ki, bu barədə Premyer Liganın “Twitter” hesabında qeyd olunub.

21 yaşlı müdafiəçi bu reytinqdə Cek Qriliş (“Aston Villa”), Kristian Pulisiç, Meyson Maunt (hər ikisi “Çelsi”), Meyson Qrinvud, Entoni Martial, Markus Raşford (hamısı “Mançester Yunayted”) və Dina Hendersonu (“Şeffild”) məğlub edib.

O, bu mövsümdə bütün turnirlərdə 49 oyunda iştirak edib, 4 qol vurub, 15 məhsuldar ötürmə edib, beləliklə, “Liverpul”un vaxtından əvvəl ölkə çempionu olmasına kömək edib.