“Sumqayıt” avrokuboklar üçün İrandan hücumçu transfer etdi - FOTO



 

Bu mövsüm Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Sumqayıt” hücumçu transferini reallaşdırıb.

Oxu.Az-ın xəbərinə görə, ötən mövsümü İranın “Sepahan” klubunda keçirmiş Əli Qurbani ilə bir illik müqavilə bağlanılıb.

Azərbaycan iranlı futbolçunun legioner karyerası yaşayacağı ikinci ölkə olacaq. O, daha əvvəl 2018/2019 mövsümündə Slovakiyanın “Spartak” (Trnava) klubunda çıxış edib.

Qeyd edək ki, onunla iki gün əvvəl müqavilə bağlansa da, nədənsə “Sumqayıt”ın rəsmi saytı hələ bunu elan etməyib.

Səbuhi Musayev