PSJ Çempionlar Liqası yarımfinalında əsas qapıçısından məhrum ola bilər
PSJ-nin əsas qapıçısı Keylor Navas Çempionlar Liqasının yarımfinal mərhələsindən kənarda qala bilər.
Bu barədə “RİA Novosti” klubun mətbuat xidmətinə istinadən məlumat yayıb.
K.Navas “Atalanta”ya qarşı oyunun 79-cu dəqiqəsində zədələnərək oyunu yarımçıq tərk etməli olmuşdu. Onun yerinə komandanın qapısını qoruyan Serxio Riko isə cari mövsümdə ikinci dəfə meydana çıxıb.
S.Riko ilk dəfə ÇL-nin qrup mərhələsinin “Qalatasaray”a qarşı keçirilmiş son oyunda (PSJ 5:0 hesabı ilə qalib gəlmişdi) meydanda olub.
Komandanın əsas qapıçısı Keylor Navasın taleyinə isə avqustun 15-də aparılacaq əlavə tibbi müayinələrdən sonra aydınlıq gətiriləcək.
Xatırladaq ki, bununla yanaşı, PSJ-nin müdafiəçisi Tyaqo Silva zədələnib. Onun vəziyyəti ilə bağlı qarşıdakı günlərdə məlumat veriləcək.