Canni De Byazi yığmaların məşqini izləyib



 

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində olub.

AFFA-nın rəsmi saytı xəbər verir ki, baş məşqçi 19 və 17 yaşadək futbolçulardan ibarət yığmaların məşqini izləyib.

Qeyd edək ki, AFFA De Byazi ilə 1,5 illik müqavilə imzalayıb.