Türkiyə nəhənglərindən yeni transferlər



 

Türkiyənin “Qalatasaray” və “Beşiktaş” klubları heyətlərini yeni futbolçularla gücləndiriblər.

Oxu.Az xəbər verir ki, “sarı-qırmızılılar” “Sivasspor”la müqaviləsi başa çatan Emre Kılınçı transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

“Beşiktaş” isə “Alanyaspor”dan Fabris Nsakalanın keçidini həll edib. Konqolu müdafiəçi 2+1 illik sözləşməyə qol çəkib.

Qeyd edək ki, “Qalatasaray” Türkiyə Superliqasında 2019/2020 mövsümünü 6-cı, “Beşiktaş” isə 3-cü pillədə başa vurub.