Ramil Quliyevin çıxışı “50 qızıl an”a düşdü - VİDEO
Avropa Atletika Assosiasiyası 50 illik yubileyi ilə bağlı bütün dövrlərin ən yaxşı 50 nəticəsini təqdim edib.
Oxu.Az xəbər verir ki, azərbaycanlı atlet Ramil Quliyevin 2018-ci ildə göstərdiyi performans da “50 qızıl an” arasına düşüb.
O, həmin vaxt Almaniyanın paytaxtı Berlində təşkil olunan Avropa çempionatında 200 metr məsafəyə qaçışda son 50 metr sürət toplayaraq rəqiblərindən daha tez finişə çatıb.
Quliyev 19,76 saniyə ilə qızıl medala layiq görülüb və yarışın rekordunu qırıb.
Qeyd edək ki, Türkiyə millisinin şərəfini qoruyan Quliyev hələ 19 yaşı olarkən Berlindəki yarışda Useyn Bolta məxsus 200 metrlik dünya rekordunu qırmağa nail olub.