Boççe millimiz Zaqatalada məşqlərə başladı - FOTO
Boççe idman növü üzrə Azərbaycan millisinin idmançıları təlim-məşq toplantısında iştirak edirlər.
Oxu.Az xəbər verir ki, millinin üzvləri ölkəmizdə yayılan koronavirus (COVID-19) pandemiyası ilə bağlı bir neçə ay ev şəraitində məşqlərini davam etdiriblər.
Artıq onlar Zaqatalada hazırlıqlara başlayıblar.
İdmançıların fiziki hazırlıqlarını artırmaq məqsədilə 10-19 avqust tarixlərində boççe millisi 18 nəfərlik heyətlə Zaqatala Olimpiya İdman Kompleksində açıq hava şəraitində təlim-məşq toplanışında iştirak edir.
Təlim-məşq toplanışı Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Milli Paralimpiya Komitəsinin dəstəyi ilə keçirilir.
Qeyd edək ki, təlim-məşq toplanışı zamanı komanda üzvləri sosial məsafə və digər karantin qaydalarına məsuliyyətlə riayət edir.
Boççe - topla oynanılan, boulinqə bənzər paralimpiya idman növüdür.