Baş məşqçi futbolçularının əxlaqsız davranışına münasibət bildirdi
Rusiyanın “Zenit” futbol klubunun baş məşqçisi Sergey Semak Artyom Dzyuba ilə Sərdar Azmunun ölkə çempionluğunu qeyd edərkən öz aralarında cinsi münasibəti imitasiya etmələrinə münasibət bildirib.
S.Semak “Rossiya-24” televiziya kanalına verdiyi müsahibədə futbolçuların davranışının kluba müsbət heç nə qazandırmadığını söyləyib.
Mütəxəssis bildirib ki, klubun həyatında baş verən bəzi məqamlar bağlı qapılar arxasında qalmalıdır.
S.Semak əlavə edib ki, klub təlim-tərbiyə məsələlərinə diqqəti artıracaq və sosial şəbəkələrə düşən görüntülərdə daha diqqətli olacaq.